Etirazçı avtomobili polislərin üzərinə sürdü- VİDEO

   Etirazçı avtomobili polislərin üzərinə sürdü-   VİDEO
  06 Yanvar 2022    Oxunub:751
Sosial şəbəkələrdə Qazaxıstanın Aktoba, Kostan və Qızılorda şəhərlərində baş verən iğtişaşların videogörüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, yerli media etirazçılardan birinin Aktobedə təhlükəsizlik qüvvələrinin üzərinə avtomobil sürməsini əks etdirən video ilə bağlı məlumat əldə edib. Qeyd edilir ki, Daxili İşlər Nazirliyi məlum hadisəyə dair əvvəlcədən məlumat yaymışdı.

- Naməlum şəxs “VAZ 2114” markalı avtomobillə polis kordonunun olduğu zonaya daxil olub. Görüntülərdən aşkar sezilir ki, əvvəlcə o öndə dayanmış polis əməkdaşını vurur. Bundan sonra etirazçılar həm yerə yıxılan şəxsə, həm də ümumilikdə polislərə basqın edirlər.
Sürücü polis qrupunu da vuraraq bir neçə nəfərə xəsarət yetirir,-məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Qazaxıstan   Polis  





Xəbər lenti