Tokayev xəbərdarlıq etmədən terrorçulara atəş açmaq əmri verib

   Tokayev xəbərdarlıq etmədən  terrorçulara atəş açmaq  əmri verib
  07 Yanvar 2022    Oxunub:1245
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xəbərdarlıq etmədən terrorçuları öldürmək əmri verib.
AzVision.az xəbər verir ki, bu barədə Tokayev xalqa müraciəti zamanı deyib.

“Mən hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıq etmədən öldürmək üçün atəş açmaq əmri verdim”, - bildirib.

Prezident, həmçinin vurğulayıb ki, Qazaxıstan hakimiyyəti terrorçularla danışıqlar aparmaq niyyətində deyil: "Xaricdən problemin sülh yolu ilə həlli üçün danışıqlara çağırışlar edilir. Bu nə axmaqlıqdır. Cinayətkarlarla, qatillərlə hansı danışıqlar ola bilər? Biz silahlı və təlim keçmiş quldurlarla mübarizə aparmalı olduq", - Tokayev deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti