"Bu hadisələrdə insanların həlak olması böyük itkidir" - Yazıçı Anar

   "Bu hadisələrdə insanların həlak olması böyük itkidir" -    Yazıçı Anar
  07 Yanvar 2022    Oxunub:685
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Qazaxıstanda baş verən hadisələrlə bağlı Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, Qazax xalqına xoşbəxt gələcək diləyirik”.

AzVision.az




Teqlər:





Xəbər lenti