"Bu ərazilər heç vaxt qazaxlara məxsus olmayıb, Stalin tərəfindən verilib" - Jirinovski

   "Bu ərazilər heç vaxt qazaxlara məxsus olmayıb, Stalin tərəfindən verilib" -    Jirinovski
  07 Yanvar 2022    Oxunub:375
“Onların öz əraziləri yoxdur, ərazilərin çoxunu Stalin sadəcə hədiyyə kimi verib”. Bunu LDPR partiyasının lideri Vladimir Jirinovski “Soloviev LIVE” YouTube kanalına müsahibəsində deyib.
Rusiyalı siyasətçi qeyd edib ki, Cənubi Sibirin yarısı, Uralın yarısı Qazaxıstana verilib: “Birlik, bütövlük yoxdur. Onların öz əraziləri yoxdur, ərazilərin çoxunu Stalin sadəcə hədiyyə kimi verib. Həmişə nə vaxtsa geri dönəcəkləri qorxusu ilə yaşayırdılar. Tezliklə 100 il olacaq ki, hökumət heç vaxt qazaxlara məxsus olmayan əraziləri idarə edir”.



AzVision.az

Teqlər:







Xəbər lenti