"Nazarbayev hazırda Qazaxıstandadır" - Mətbuat katibi

   "Nazarbayev hazırda Qazaxıstandadır" -    Mətbuat katibi
  08 Yanvar 2022    Oxunub:941
"Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.
AzVision.az xəbər verir ki, bunu ölkənin birinci prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.

“Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Xahiş edirik, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın. Nazarbayev bir sıra məşvərət görüşləri keçirir və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - Ukibay “Twitter” səhifəsində yazıb.

O, həmçinin bildirib ki, Nazarbayev Qazaxıstana dost olan dövlət başçıları ilə bir neçə dəfə telefon danışığı aparıb: "Elbası hazırkı çağırışların öhdəsindən gəlmək və ölkəmizin bütövlüyünü təmin etmək üçün hər kəsi Qazaxıstan prezidentinin ətrafında birləşməyə çağırır", - mətbuat katibi bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nursultan-Nazarbayev  





Xəbər lenti