Donald Tramp bu ilin fevralında sosial şəbəkəsini istifadəyə verəcək

Donald Tramp bu ilin fevralında sosial şəbəkəsini istifadəyə verəcək
  08 Yanvar 2022    Oxunub:230
ABŞ-ın sabiq prezidenti Donald Trampın şirkəti tərəfindən yaradılmış "TRUTH Social" sosial şəbəkəsi 2022-ci il fevralın 21-də fəaliyyətə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" Agentliyi məlumat yayıb.

"AppStore" mobil proqramlar mağazasının istifadəçiləri sosial şəbəkə tətbiqini öncədən sifariş etmək imkanı əldə ediblər. Sosial şəbəkənin buraxılışı fevralın üçüncü bazar ertəsi günü qeyd olunan "Prezident Günü"n vaxtına salınıb.

Sosial şəbəkəni "Trump Media & Technology Group" idarə edəcək.

Qeyd edək ki, 2021-ci ilin əvvəlində Facebook, Twitter və bir sıra digər nəhəng sosial şəbəkələr ABŞ-da keçirilən prezident seçkilərindən sonra etirazlar fonunda Trampın hesablarını bloklayıblar. 2021-ci ilin iyun ayında Facebook sabiq prezidentin hesablarının bloklanmasını 2023-cü ilə qədər uzadıb.

İbrahim Məmmədov
AzVision.az

Teqlər: Tramp   Sosialşəbəkə  







Xəbər lenti