Azərbaycanlı jurnalist Nazarbayevə şeir yazdı - VİDEO

   Azərbaycanlı jurnalist Nazarbayevə şeir yazdı -    VİDEO
  09 Yanvar 2022    Oxunub:2765
Jurnalist Aida Eyvazlı Göytürk Qazaxıstandakı hadisələrə və ölkənin lideri, Elbaşı Nursultan Nazarbayevə şeir həsr edib. Həmin şeiri təqdim edirik.


NAZARBAYIN YURDU QAN İÇİNDƏDİR...

Göy rəngli bayrağın göy səmalarda,
Rəngi avazıyıb qana dönübdür.
Ulduzlar utanır göydən baxmağa,
Türküstan elinin şəmsi sönübdür.

Çingiz xan xəbər et, qoy Cuçi gəlsin,
Canıbek, Kasımbəy atların minsin.
Xak Nazar yetişib meydana girsin,
Nursultan təklənib, qan içindədir..

Xəyanət edibdir çörək verdiyi,
Süfrəsinin artığını yeyənlər.
Xəncər çəkib kürəyindən vurublar
Tələyə salıbdır “can” söyləyənlər.

Əxlaqı, nəşəsi qanı pozuqlar,
Oyuna salıblar qazax xalqını.
Alaş Orda eli od tutub yanır,
Xaçpərəstlər içir onun qanını.

Üstü Şanıraklı bir yurd qurdu ki,
Dostlar o yurdları pişvaza gəldi.
Sülh quşu uçurtdu daim göylərə,
Adı kainatda avaza gəldi.

Qızıl adam dedi Nazarbayevə,
Bu yurdu sülh içrə görən kişilər.
Haraya getdisə o sülh elçisi,
“Nursultan kişidir, mərddir” dedilər.

Onun tax tacının adı Şanırak,
Qonaqlı-qaralı odldu elləri.
İndi gizlədiblər o Çöl oğlunu,
Qaraya bürünüb qazax Çölləri...

Sevmədi ərəbin, rusub adətin,
Dedi ki, mən türkəm öz adətim var.
Mənim yurdlarımda köhlən atlarım,
Mənim öz Tanrıma ibadətim var.

Bir gün tarixinə əl uzatdılar,
Bircə il keçməmiş sandığı açdı
Qazax sandığından çıxan kitablar
Türkçülük yoluna nur- işıq saçdı.

Astana adında səltənət qurdu,
Küçələri geniş , gülləri təzə.
Türküstan şəhrini abad eylədi,
Türklüyə yol saldı, yolları təzə.

Bilirdi , türklüyün yolu çətindir,
Bilirdi qarşıda boran-sazaq var.
Xalqına kimliyin öyrədən kişi,
Bilmədi, nökərdən ona tuzaq var.

Dilini qaytardı qazax elinə,
Dili sevməyənin kəminə gəldi.
Dombranı verdi aşıq əlinə,
Onunçün düşmənin yelinə gəldi.

Elinin-yurdunun ağası oldu,
30 il içində məmləkət qurdu.
Bayrağı bayraqlar içində durdu,
Çünki yaranışdan bir sultan idi.

İndi hiyləgərlər, tələquranlar,
Deyirlər Nursultan bir terrorçudur,
Şər-böhtan yazanlar, o saxtakarlar,
Daha bilmirlər ki, bu hiylələri
Quran hakimiyyətdən bir oyunçudur.
Daha demirlər ki, xalq ayılacaq
Terroru quranı özü asacaq.

Qazax qardaşlarım, can qardaşlarım
“Terrorçu” sözünə əsla uymayın.
Bu kantar ayında, bu qış ayında
Ayılara bir də qardaş olmayın.

Yamanca yuxuya verdilər sizi,
Yaman dağıtdılar tifaqınızı
Bir gün ayılanda biləcəksiniz,
Nursuz qoyubdular Şanıraknızı.

Düşüb o çöllərə, o oymaqlara
Nursultan ağanı axtararsınız.
Atamızı evdən niyə qovduq ki,
Ah-nalə eləyib ağlayarsınız.

AzVision.az


Teqlər: Qazaxıstan   Nazarbayev  





Xəbər lenti