Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb

Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb
  09 Yanvar 2022    Oxunub:633
Braziliyada turistləri daşıyan qayığın üzərinə qayanın aşması nəticəsində ölənlərin sayı 10-a çatıb. CNN Brasil-in məlumatına görə, bazar günü xilasedicilər daha üç qurbanın cəsədini tapıblar.
Axtarış əməliyyatlarında 50 xilasedici və 11 dalğıc iştirak edir.

Qeyd edək ki, şənbə günü günorta saatlarında Braziliyanın Minas Jerays əyalətinin Kapitoliu şəhəri yaxınlığında qayanın bir hissəsi uçaraq dörd turist gəmisinin üzərinə düşüb. Batan iki gəmidə ən azı 34 nəfər olub. Xilasedicilərin sözlərinə görə, həyatını itirən 10 nəfərin hamısı eyni qayıqda olub.

23 nəfər yüngül bədən xəsarətləri alıb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə aparıllıblar.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti