Şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib

Şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib
  10 Yanvar 2022    Oxunub:208
Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib.
Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, təhsil müəssisəsində şagirdlərin müəllimi döyməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

"Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - məktəbdən bildirilib.

AzVision.az

Teqlər: Şagird   Müəllim  







Xəbər lenti