Rusiya hərbi təyyarələri 1461 rusiyalını Qazaxıstandan çıxarıb

   Rusiya hərbi təyyarələri    1461  rusiyalını Qazaxıstandan çıxarıb
  10 Yanvar 2022    Oxunub:215
Qazaxıstandakı məlum hadisələrlə əlaqədar olaraq Rusiyaya hərbi təyyarələrlə 1461 nəfər gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

-Ümumilikdə 1461 nəfər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikasından ölkəyə gətirilib, - məlumatda deyilir.

Qazaxıstanda 7939 etirazçı saxlanılıb
Qeyd olunur ki, yanvarın 9-da Rusiya Aerokosmik Qüvvələrinin Qazaxıstanda olan təyyarələri Rusiya Federasiyasına qayıtmaq istəyən 1422 Rusiya vətəndaşını Moskvaya, 14 rusiyalını isə Yekaterinburqa çatdırıb. Həmçinin 25 rusiyalı turist ölkəyə qaytarılıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Qazaxıstan   Rusiya  







Xəbər lenti