"Rus desantlar 48 saata Almatını silahlılardan təmizləyib" - Rusiya mediası

"Rus desantlar 48 saata Almatını silahlılardan təmizləyib" - Rusiya mediası
  10 Yanvar 2022    Oxunub:1532
Qazaxıstanda vəziyyət sabitləşsə də, ölkədə xeyli sayda silahlı qrupların olmasına dair məlumatlar yayılır. Bu gün artıq hüquq-mühafizə orqanları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə 7939 nəfəri saxlaması barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, Rusiya hərbi saytları isə Qazaxıstandakı döyüş əməliyyatlarlına rus hərbçilərinin də aktiv şəkildə qatılmasını yazıb.

Rusiya hərbi təyyarələri 1461 rusiyalını Qazaxıstandan çıxarıb
-Rusiya sülhməramlılarının Qazaxıstanda baş verən döyüşlərdə iştirakı ilə bağlı rəsmi məlumatın olmamasına baxmayaraq, bir sıra onlayn media orqanları bunun əksini yazıb. Rusiya Hərbi Hava Desant Qüvvələrinin bölmələri Almatı hava limanına çatdıqdan dərhal sonra radikallarla döyüşə giriblər. Hansılar ki, o vaxta qədər onlar şəhərin bütün mühüm obyektlərinə nəzarət edirlərmiş və sonuncu müqavimət göstərən rayonda nəzarəti ələ keçirməyə çalışıblar. Xüsusən də, "Avia.pro" saytının təsdiqlənməmiş məlumatına görə, rus desant qüvvələrinin fəaliyyəti nəticəsində Almatı cəmi iki gün ərzində demək olar ki, silahlılardan tamamilə təmizlənib. Radikallar arasında isə yüzlərlə itki olub, -məqalədə yazılıb

Həmçinin məqalədə o da qeyd edilib ki, antiterror əməliyyatı zamanı Rusiya hərbçiləri silahlıların radio rabitəsini kəsmək, onların yerini müəyyənləşdirib məhv etmək üçün Radioelektron mübarizə sistemlərindən (REB ) aktiv şəkildə istifadə ediblər.

- Xüsusi olaraq vurğulayırıq ki, yuxarıda sadaladığımız məlumatlarla bağlı bir dənə də olsun rəsmi açıqlama verilməyib. Həmçinin bu faktlar heç bir nüfuzlu xəbər agentliyi tərəfindən də təsdiqlənməyib,-müəllif yazıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Almatı   Döyüş  





Xəbər lenti