Qeyd olunub ki, koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omikron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur və ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılı.
Səhiyyə qurumları "Omikron"la bağlı əhaliyə müraciət edib |
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".
AzVision.az