Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

   Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  10 Yanvar 2022    Oxunub:911
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənov telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Zakir Həsənov həmkarına Akçakale sərhəd xəttində 3 türk hərbçinin şəhid olmasına görə başsağlığı verib.

Həmçinin, hərbi təlim sahəsində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti