İrəvanda KTMT əleyhinə aksiya keçirilib- VİDEO

 İrəvanda KTMT əleyhinə aksiya keçirilib-   VİDEO
  10 Yanvar 2022    Oxunub:378
Ermənistanda Qazaxıstanla bağlı etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, aksiyanı Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan təşkil edib.

"Rus desantlar 48 saata Almatını silahlılardan təmizləyib" - Rusiya mediası
- Ermənistan Avropa Partiyası hökumət binası qarşısında aksiya təşkil edib. Etirazçılar bir sıra şüarlar səsləndiriblər. Hərbçilərin Qazaxıstandan, o cümlədən Qazaxıstanın da KTMT-dən çıxması tələb olunub,-məqalədə yazılıb.

Qeyd edək ki, Qazaxıstanda yaranan iğtişaşlardan sonra ölkə rəhbəri KTMT-yə müraciət edərək sülhməramlı göndərilməsini xahiş edib. Bundan sonra Qazaxıstana birliyə üzv ölkələrin hərbçiləri gəlib. Sülhməramlı kontingentin tərkibində Ermənistan hərbçiləri də yer alıb.



Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Aksiya  







Xəbər lenti