İsveç mətbuatı soydaşımızın uğurlarından yazdı

İsveç mətbuatı soydaşımızın uğurlarından yazdı
  10 Yanvar 2022    Oxunub:723
İsveçin "Hudiksvall" qəzeti eyniadlı şəhərdə yaşayan bir azərbaycanlı haqqında maraqlı məqalə dərc edib.AzVision.azxəbər verir ki, Vüsal Əmirov adlı həmin azərbaycanlı şəhərə gələndən təkcə uğurlu biznes qurmağı ilə seçilməyib, həm də 16 il ərzində İsveç cəmiyyətinə ideal şəkildə inteqrasiya olunub.
Bu səbəbdən də azərbaycanlı yerli medianın diqqətini çəkib.

-Yerli "Hudiksvall" qəzeti onun qısa zamanda qazandığı uğurları işıqlandıraraq ölkəyə gələn digər xaricilərə nümunə göstərib. Nəşr həmyerlimizin qazandığı nailiyyətləri sadalayaraq və onun yerli əhalinin etimadını qazanmasını, səmimi ünsiyyəti ilə seçilməsinə diqqət çəkib. Məqalədə Vüsal Əmirovun isveçlilərin ən çox istehalak etdiyi yemək növlərindən sayılan pizza bişirmə sexi, bərbərxana, texnologiyaya aid mağaza və market açmasına diqqət çəkilib. Qeyd edilir ki, belə surətlə biznes sirrlərinə yiyələn azərbaycanlı qısa zamanda ölkədə tanınan iş adamlarından birinə çevrilə bilər,-diaspor üzrə araşdırmaçı Elnur Eltürk deyib.

AzVision.az



Teqlər: İsveç  





Xəbər lenti