2022-ci ildə ən perspektivli peşə açıqlanıb - Sorğu

   2022-ci ildə ən perspektivli peşə açıqlanıb -    Sorğu
  10 Yanvar 2022    Oxunub:960
İT mütəxəssisi peşəsi 2022-ci ildə ən perspektivli peşə olacaq.
AzVision.az xəbər verir ki, “Rabota.ru” xidmətinin keçirdiyi sorğuda iştirak edən respondentlərin 60%-i bu peşəni qeyd edib. Məlumata görə, respondentlər bu ilin ən perspektivli ikinci peşəsini həkim olmaqda görürlər. Nanotexnologiyalar üzrə mütəxəssis peşəsinə isə sorğuda iştirak edənlərin 44%-i səs verib.

Bundan əlavə, respondentlərin 43%-i virusoloqların bu il də aktual qalacağına inanır. Respondentlərin 39%-i satış menecerlərinin, 33%-i mühəndislərin, 27%-i isə tikinti işçilərinin perspektivlərini qeyd edib. Sorğuda beş mindən çox insan iştirak edib.

AzVision.az


Teqlər: İT  





Xəbər lenti