"Azərbaycanla Ermənistan arasında sülh regionun sabitliyinə töhfə verir" - Kalın

   "Azərbaycanla Ermənistan arasında sülh regionun sabitliyinə töhfə verir" -    Kalın
  10 Yanvar 2022    Oxunub:679
Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.
AzVision.az -ın xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan ilə telefon danışığı zamanı bildirib.


Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirməkdə qətiyyətli olduğunu vurğulanıb.

Bundan əlavə, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son durum da müzakirə olunub.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti