"Rüsumlarla Azərbaycan büdcəsini zənginləşdiririk" - Ermənistan mətbuatı

   "Rüsumlarla Azərbaycan büdcəsini zənginləşdiririk" -   Ermənistan mətbuatı
  11 Yanvar 2022    Oxunub:2194
Erməni iş adamları İrana səfər etmək üçün azərbaycanlı gömrükçülərə rüsum ödəyirlər. AzVision.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazıb.
Nəşr Azərbaycana məxsus gömrük postundan biznesmenlərdən birinə verilmiş çekin fotosunu dərc edib.

Gorus-Qafan yolundan 2 milyona yaxın vəsait toplanılıb
- Erməni iş adamlarının mallarının daşınması ilə məşğul olan fars sürücülər Gorus-Qafan yolunun azərbaycanlıların nəzarətində olan hissəsindən aktiv şəkildə istifadəni davam etdirirlər. Bunun üçün azərbaycanlılara(Gömrük işçiləri-red) 130 dollar ödənilir. Qəzetimizin əməkdaşı Azərbaycanın gömrük rüsumlarının məlum ərazilərdə tətbiq edilməyə başlandığı gündən Ermənistan sakinlərinin bu yoldan istifadəyə görə nə qədər pul ödəməsini öyrənmək üçün iqtisadiyyat naziri Vaan Kerobyanla əlaqə saxlamağa çalışıb.



Nazir bu məsələyə cavab almaq üçün nazirliyə yazılı müraciət etməyi məsləhət bilib. Məlum olur ki, gömrük postunda təkcə iranlılara deyil, həm də ermənilər Goris-Kapan avtomobil yolunu iqtisadi məqsədlərlə keçdikləri üçün vergi ödəyirlər. Çünki yük maşınları üçün nəzərdə tutulmuş alternativ marşrut hələ də keçilməz həddədir. Ola bilsin ki, bu, baş nazir Nikol Paşinyanın qeyd etdiyi sülh dövrünün başlanğıcıdır. O zaman soydaşlarımız artıq öz keçmiş düşmənlərinin büdcəsini zənginləşdirir,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rüsum   Ermənistan   Gömrük  





Xəbər lenti