"Hər an sərhəddə gərginlik yarana bilər" - Arman Sarkisyan

   "Hər an sərhəddə gərginlik yarana bilər" -    Arman Sarkisyan
  11 Yanvar 2022    Oxunub:949
"Sərhəddə təxribatlar və insidentlər olub və bu yenidən baş verə bilər". AzVision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə çıxışı zamanı deyib.
- Mən son vaxtlar sərhəddəki vəziyyəti o qədər də gərgin olmayan durum kimi qiymətləndirirəm. Lakin hər an sərhəddə gərginliyin yarana biləcəyini istisna etmək olmaz, - Sarkisyan bildirib.

Nazir müavini onu da söyləyib ki, vəziyyət gərginləşərsə, ictimaiyyət bundan xəbərdar olacaq. O, ictimaiyyətdən heç nəyi gizlətmədikləri üçün rəsmi məlumatı izləməyi tövsiyə edib.

Nazir müavini belə bir vəziyyətdə sülh dövrü necə başlamalıdır sualına ritorik sualla cavab verib - “siz sülhdən danışmayan müharibə aparan bir ölkə görmüsünüzmü?”. Onun sözlərinə görə, Ermənistan da sülh istəyir və bu istiqamətdə addımlar atır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sərhəd   Ermənistan  





Xəbər lenti