"Qazaxıstanın qərarına müdaxilə etməyəcəyik" - Peskov

"Qazaxıstanın qərarına müdaxilə etməyəcəyik" -    Peskov
  11 Yanvar 2022    Oxunub:279
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrini çıxarmaq qərarı Qazaxıstanın müstəsna hüququdur və Rusiya buna müdaxilə etməyəcək”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, KTMT-yə müraciət etmiş ölkənin tam səlahiyyətindədir. Bu, onların analizidir və bizim buna qarışmağa haqqımız yoxdur”, - Kreml sözçüsü bildirib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılmasına iki gündən sonra başlanacaq və proses10 günə başa çatacaq.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Qazaxıstan   KTMT  







Xəbər lenti