Ermənistanda vaksinasiya ilə bağlı etiraz aksiyaları keçiriləcək

   Ermənistanda vaksinasiya ilə bağlı etiraz aksiyaları keçiriləcək
  11 Yanvar 2022    Oxunub:251
Ermənistanın paytaxtı İrəvanda genişmiqyaslı etiraz aksiyası keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya Ermənistanın Vəkillər Palatasının keçmiş rəhbəri, “Zartonk” Milli Xristian Partiyasının sədri Ara Zöhrabyan məlumat verib.
Bildirilir ki, "Azad İradə" təşəbbüsü peyvənd olunmamış vətəndaşlar üçün tətbiq olunan yeni kovid məhdudiyyətlərini aradan qaldırmaq üçün təcili mitinq keçirəcək. Mitinqdə hüquqşünaslar, həkimlər və digər peşə nümayəndələrinin məcburi peyvənd əleyhinə çıxış edəcəyi gözlənilir.


Ermənistanda virusa yoluxanların sayı 346 mini keçib
Xatırladaq ki, Ermənistanın Səhiyyə Nazirliyi bəyan edib ki, məhdudiyyətlərlə bağlı yeni dəyişikliklər yanvarın 22-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən tam vaksinasiyadan keçməyən şəxslərə ictimai iaşə obyektlərinə, mehmanxanalara, idman zallarına, kitabxanalara, muzeylərə, teatrlara, konsert və kinoteatrlara, eləcə də digər təşkilatlara giriş qadağan edilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Aksiya   Vaksin  







Xəbər lenti