MN: Kəlbəcər istiqamətində vəziyyət gərginləşib

      MN:    Kəlbəcər istiqamətində vəziyyət gərginləşib
  11 Yanvar 2022    Oxunub:329
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi  







Xəbər lenti