Ermənistanın iki əsgəri ölüb, ikisi yaralanıb

   Ermənistanın iki əsgəri ölüb, ikisi yaralanıb
  11 Yanvar 2022    Oxunub:1123
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində iki erməni hərbçi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi mməlumat yayıb. Bundan əlavə, iki erməni hərbiçinin də yaralandığı qeyd edilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun şəhid olması xəbərini yaymışdı.

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

"Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AzVision.az



Teqlər: Ermənistan   Təxribat  





Xəbər lenti