Tofiq Yaqublunun döyülməsi ilə bağlı araşdırma başa çatıb
Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.
AzVision.az
Teqlər: