Oğurlanan 2 yaşlı uşağın gizlədildiyi ev - VİDEO

   Oğurlanan 2 yaşlı uşağın gizlədildiyi ev -    VİDEO
  12 Yanvar 2022    Oxunub:332
12 gün əvvəl Bakının Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Şixəliyevin gizlədildiyi yer məlum olub.

AzVision.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşağı oğurlamaqda ittiham edilən Gültəkin Muradova və qeyri-rəsmi nikahda yaşadığı Şamil Əliyev onu Kürdəxanı qəsəbəsində saxlayıblar. Azyaşlını oğurlamaqla bağlı əvvəlcədən plan quran şəxslər uzaq bir qəsəbənin dalanında kirayə mənzil tutublar.
Evdə uşağa məxsus bezlər, müxtəlif oyuncaqlar olub. Mənzilin sahibinin qardaşı Şirinbala Abdulmanafovun bildirdiyinə görə, qardaşı evi Şamil Əliyevə aylıq 150 manata kirayəyə verib:

“Heç bir ay deyildi ki, burada qalırdılar. İki-üç dəfə kişini görüb salam vermişəm. Bu müddət ərzində o uşağı heç çölə çıxarmayıb”.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, G. Muradova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olan Şamil Əliyev və daha sonra uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.

Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.



AzVision.az

Teqlər:







Xəbər lenti