Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər

   Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər
  12 Yanvar 2022    Oxunub:628
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandakı fəaliyyətini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.

“Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli bəyanatlarının icrası müzakirə edilib. Müxtəlif səviyyələrdə təmasları davam etdirilməsi razılaşdırılıb", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti