Elektron siqaret 12 yaşlı uşağın həyatına son qoydu

Elektron siqaret    12 yaşlı    uşağın həyatına son qoydu
  12 Yanvar 2022    Oxunub:877
Rusiyanın Altay bölgəsində on iki yaşlı oğlan elektron siqaret çəkdikdən sonra ölüb. Onun böyük bacısı və rəfiqəsi isə xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

- Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci bəndi (ehtiyatsızlıqdan ölümə səbəb olma) üzrə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, 2022-ci il yanvarın 10-da günorta saatlarında 18 yaşlı qız 12 yaşlı qardaşı ilə Biysk şəhər sakini 17 yaşlı yeniyetmənin qonağı olub. Gənclər elektron cihazla siqaret çəkdikdən sonra səhhətləri pisləşib. Səhəri gün isə qızın nənəsi uşaqları mənzildə huşsuz vəziyyətdə tapıb. Qızlar tibb müəssisəsinə yerləşdirilsə də, oğlanın həyatını xilas etmək mümkün olmayıb,-məqalədə yazılıb.

Qeyd edək ki, son bir ildə elektron siqaret dünyada xeyli populyarlıq qazanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti