"Valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik" - Prezident

   "Valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik" -    Prezident
  12 Yanvar 2022    Oxunub:571
"Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb”, - dövlət başçısı vurğulayıb.

Prezident deyib ki, hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik: "Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqilllikdən danışmaq mümkün deyil”.

AzVision.az



Teqlər: Prezident  





Xəbər lenti