Mişustin: "COVID-19 pandemiyası sonuncu olmaya bilər"

      Mişustin:    "COVID-19 pandemiyası sonuncu olmaya bilər"
  13 Yanvar 2022    Oxunub:654
"Koronavirus pandemiyası sonuncu pandemiya olmaya bilər. Rusiya buna hazır olmalıdır". AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin səkkizinci Qaydar Forumunun iştirakçılarına videomüraciətində bildirib.
O qeyd edib ki, ölkəsi növbəti illərdə yeni bioloji təhlükələrə hazır olmalıdır.

- Erkən diaqnostikadan tutmuş, vaksinlərin, terapevtik dərmanların sürətli inkişafı və onların istehsalının təşkilinə qədər hərtərəfli müdafiə sisteminin sazlanması da eyni dərəcədə vacibdir. Bir çox ekspertlər xəbərdarlıq edir ki, bu pandemiya heç də sonuncu olmayacaq və biz buna hazır olmalıyıq, - Mişustin deyib.

Baş nazir qeyd edib ki, Rusiya hakimiyyəti insanların sağlamlığını qorumaq və uzunömürlülüyünü təmin etməyi bir nömrəli vəzifə hesab edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Pandemiya  





Xəbər lenti