"ATƏT Bakı ilə İrəvan arasında sülh tədbirlərini gücləndirməlidir" - Sədr

   "ATƏT Bakı ilə İrəvan arasında sülh tədbirlərini gücləndirməlidir" -    Sədr
  13 Yanvar 2022    Oxunub:619
"ATƏT Qarabağ münaqişəsinin başa çatması fonunda Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə olunması üzrə tədbirləri gücləndirməlidir".
AzVision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə sədri və Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT Daimi Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, bütün bunlar regionun hərtərəfli inkişafına xidmət edəcək.

"Bu gün ATƏT regionunda müharibə riski son 30 ildəkindən daha çoxdur. Təşkilata üzv ölkələr hazırda sülh və sabitliyə nail olmaq istiqamətində böyük çətinliklərlə üzləşiblər.
Uzun müddət davam edən münaqişələr, hərbi toqquşmalar, radikalizm, terrorizm, silahlara nəzarət mexanizmindəki problemlər, COVID-19 pandemiyasının təsirləri, fundamental hüquqların pozulması və s. bütün bunlar qeyri-müəyyənlik, proqnozlaşdırıla bilməyən vəziyyət yaradır, cəmiyyətlərdə parçalanmaya, narahatlığa gətirib çıxarır", - ATƏT sədri qeyd edib.

AzVision.az




Teqlər: ATƏT  





Xəbər lenti