Sülhməramlıların ilk qrupu Rusiyaya qayıdıb - VİDEO

Sülhməramlıların ilk qrupu Rusiyaya qayıdıb -  VİDEO
  13 Yanvar 2022    Oxunub:2181
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) sülhməramlı kontingenti tərkibində Qazaxıstana göndərilmiş Rusiya hərbçilərinin ilk desant qrupu ölkəyə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Qazaxıstandan qayıdan ilk qrup İvanovadakı daimi dislokasiya məntəqəsinə çatıb.



"Sabahdan sülhməramlılar ölkəni tərk edəcəklər"- Tokayev
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir. Kasım-Jomart Tokayev yanvarın 11-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib ki, KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılmasına iki gündən sonra başlanacaq və bu proses 10 gün ərzində yekunlaşacaq.

Tural Tağıyev

AzVision.az





Teqlər:   Qazaxıstan   Rusiya  





Xəbər lenti