Aİ Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır

   Aİ Türkiyə-Ermənistan    xüsusi nümayəndələrinin    görüşünü alqışlayır
  14 Yanvar 2022    Oxunub:821
"Avropa İttifaqı (Aİ) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır".
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də yazıb.

"Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayırıq. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam dəstəklədiyi mühüm məqsəddir”, - xüsusi nümayəndə deyib.

Xatırladaq ki, bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında ilk görüş keçiriləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:  





Xəbər lenti