"Rusiya Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək" - XİN rəhbəri

 "Rusiya Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək" -  XİN rəhbəri
  14 Yanvar 2022    Oxunub:824
"Biz Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına tezliklə başlanılmasının tərəfdarıyıq".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək. Lavrov komissiyanın yaradılması məsələsinin tezliklə həll olunmasına ümid edir.

"Dünən mən erməni həmkarımla danışmışam. Müəyyən təkliflər formalaşıb, biz onları Bakıya təqdim edirik. Komissiyanın tezliklə işə başlaması üçün nə etmək lazım olduğuna baxacağıq", - o deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Lavrov  





Xəbər lenti