"Ukraynaya bu səfər gələcək illər üçün də gözəl zəmin olacaq" - Prezident
İki ölkə arasında əldə olunan razılaşmaları yenilik və əlaqələrimizdə bu sahə ilə bağlı atılan ən mühüm addımlardan biri kimi dəyərləndirən dövlətimizin başçısı deyib ki, bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.
“Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq ”, - deyə Prezident İlham Əliyev əlavə edib.
AzVision.az
Teqlər: İlhamƏliyev