Ermənistanın ət bazarında bahalaşma dalğası: Fermerlər yem tapa bilmir |
Saytlar bazarlardakı qiymətləri araşdıraraq eyni zamanda mal ətinin də bahalaşdığını yazıblar.
- Yumşaq mal ətinin kiloqramı 4400, qiymə 3000 , qoyun ətinin bir kiloqramı isə 4000 dramı keçib. Digər tərəfdən, qoyun əti istehsalı xeyli azalıb. Ötən ilin yanvar-noyabr aylarında qoyun əti istehsalının həcmi 11,4 faiz aşağı düşüb. Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən quzu ətinin baha qiymətə satışı davam edir-,məqalə müəllifi qeyd edib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda ərzaq məhsulları bir neçə dəfə bahalaşıb. Ətin qiyməti isə son bir ildə dəfələrlə artıb. Bəzi ekspertlər bunu əvvəllər işğalda saxladıqlar Azərbaycan torpaqlarındakı geniş otlaqların əldən çıxması ilə əlaqələndirirlər.
Tural Tağıyev
AzVision.az