"Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq" - Lukaşenko

   "Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq" -    Lukaşenko
  15 Yanvar 2022    Oxunub:1057
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) sülhməramlılarının Qazaxıstan əməliyyatından danışıb. AzVision.az xəbər verir ki, o, şənbə günü missiyasını başa vurmuş Belarus sülhməramlı kontingenti ilə görüşdə maraqlı açıqlama ilə çıxış edib.
Lukaşenko deyib ki, KTMT-nin sülhməramlı əməliyyatı incəliklərinə qədər özü və Rusiya prezidenti Vladimir Putin tərəfindən hazırlanıb.

Qazaxıstanda Aİ-ni neftlə hədələyən nazir müavini vəzifədən uzaqlaşdırılıb
- Öyünmədən daha çox deyəcəyəm. Bütün bu əməliyyatlar detallarına qədər iki prezident - Rusiya və Belarus rəhbərləri tərəfindən bir saat ərzində hazırlanıb. Hər şey tərəddüd etmədən tez və qətiyyətlə edildi,-Lukaşenko deyib.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilmişdi. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Lukaşenko   Putin   Sülhməramlı  







Xəbər lenti