Məşhur virusoloq: "Pandemiya 3 ildən çox davam etməyəcək"

      Məşhur virusoloq:    "Pandemiya 3 ildən çox davam etməyəcək"
  15 Yanvar 2022    Oxunub:1219
ABŞ-ın Qlobal Virusologiya Şəbəkə Mərkəzinin direktoru, Corc Vaşinqton Universitetinin professoru Konstantin Çumakov bəyan edib ki, COVID-19 pandemiyası tezliklə sona çatacaq.
AzVision.az xəbər verir ki, alim bu proqnoza dair fikirlərini tarixi nöqteyi-nəzərdən əsaslandırıb.

Professor deyib ki, bəşəriyyətin mövcudluğu dövründə iki-üç ildən artıq davam edən pandemiya olmayıb.

Dünyada bir gündə 3 min nəfər virusdan ölüb
- Beləsi əvvəllər heç vaxt olmamışdı. Bu mövzuda ciddi sınaq "İspan virusu" vaxtında oldu. Müxtəlif hesablamalara görə, o virusdan 50-100 milyon insan öldü. Lakin bu iki il yarıma keçib getdi. Üstəlik, virusun özü də yox olmadı, sadəcə mövsümi qripə çevrildi, - Konstantin Çumakov "Rusiya Radiosu"nun efirində deyib.

Çumakov eyni zamanda fikirlərinə onu da əlavə edib ki, o vaxt peyvəndlər olmadığından hamı xəstələndi və nəticədə əhalinin immuniteti formalaşdı.

- Virusun sadəcə gedəcək yeri yoxdur, dövr edir, yoluxdurur, lakin artıq ciddi xəstəliyə səbəb olmur-, virusoloq deyib.

Onun fikrincə, hər kəs COVID-19-a yoluxacaq. Mütəxəssis qeyd edib ki, infeksiyanın yeni ştammları ilk dalğalar zamanı infeksiyaya və xəstəliyin ağır nəticələrinə düçar olmayan gəncləri “hədəfləyir”.

- Yeri gəlmişkən, indi bir çox uşaqlar da məlum virusa yoluxur və ağırlaşaraq xəstəxanalara düşürlər. Bunun xırda bir məsələ olduğunu düşünməməlisiniz, - mütəxəssis vurğulayıb.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, COVID-19 getdikcə endemik, yəni insan cəmiyyətində mövcud olan xəstəliyə çevrilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Pandemiya   Virus  





Xəbər lenti