"Səfərlərdə sərnişinləri bələdçi, polis və könüllülər müşayiət edəcək" - Xidmət rəisi

   "Səfərlərdə sərnişinləri bələdçi, polis və könüllülər müşayiət edəcək" -    Xidmət rəisi
  19 Yanvar 2022    Oxunub:893
"Ağdam və Şuşaya gedəcək avtobuslarda sərnişin və sürücülərdən əlavə 3 nəfər də olacaq. Bunlar bələdçi, könüllü və polis əməkdaşlarıdır".
AzVision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

Xidmət rəisi bildirib ki, onlar müxtəlif məntəqlərdən daxil olacaqlar: "Sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atılır. Sürüclərimizin ANAMA-nın təlimlərində iştirak edib. Avtobusda ANAMA-nın videoları yayımlanacaq. Sərnişinlərdən xahiş edirəm ki, təlimatları yerinə yetirsinlər".

A.Rzayev əlavə edib ki, səfər çərçivəsində 18 yaşdan yuxarı vətəndaşlara bilet satılması nəzərdə tutulub: "İlkin mərhələdə tələbatın yüksək olmasını nəzərə almışıq. Təlabatın pik həddi keçəndən sonra digər qərarlar veriləcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti