Blinken Lavrovla danışıqlardan irəliləyiş gözləmir

 Blinken Lavrovla danışıqlardan irəliləyiş gözləmir
  21 Yanvar 2022    Oxunub:807
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə danışıqlardan irəliləyiş gözləmir. Eyni zamanda ABŞ və NATO ilə məsləhətləşmələrdən sonra Moskvanın hansı nəticəyə gəldiyini eşitməyə ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə Amerika diplomatiyasının rəhbəri Almaniyanın “ZDF” telekanalına müsahibəsində deyib.

Qarşıdan gələn danışıqlardan nə gözləməsinə dair sualın cavabında "mən heç bir irəliləyiş gözləmirəm", söyləyib.

Blinken yanvarın 10-da Cenevrədə ABŞ və Rusiyanın təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr apardığını, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclasının, yanvarın 13-də Vyanada ATƏT Daimi Şurasının iclasının keçirildiyini xatırladıb.

"Bizim hamımızın hər birimizin eşitdikləri üzərində düşünmək fürsəti var idi. Məncə, Rusiya nümayəndə heyətinin prezident Vladimir Putinlə məsləhətləşmək imkanı var idi. Hamımızın öz aramızda məsləhətləşmək imkanımız oldu, o cümlədən bütün müttəfiqlərimiz və tərəfdaşlarımızla”, - Blinken bildirib.

Əlavə edib ki, danışıqlarda hansı mərhələdə olduğumuzu anlamaq, Rusiyanın bu diplomatik təmaslardan nə kimi nəticələrə gəldiyini görmək vacibdir.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Lavrovun yanvarın 21-də Cenevrədə amerikalı həmkarı Entoni Blinkenlə görüşəcəyini söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti