İsrailli səfir Azərbaycana təşəkkür edib

İsrailli səfir Azərbaycana təşəkkür edib
  27 Yanvar 2022    Oxunub:898
Ötən həftə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Holokostun inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.
AzVision.az -ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib. Onun sözlərinə görə, Azərbaycan bu qətnamənin ko-sponsorlarından (həmmüəllif) biridir: “Buna görə Azərbaycana təşəkkür edirik”, - səfir vurğulayıb.

O diqqətə çatdırıb ki, 114 ölkə bu qətnaməni təsdiqləyib, yalnız İran bu qətnaməni təsdiqləməyib.

AzVision.az



Teqlər: İsrail   Azərbaycan  





Xəbər lenti