"Yalanla yaşamağı dayandırın!" - Mirzoyan

 "Yalanla yaşamağı dayandırın!" -  Mirzoyan
  28 Yanvar 2022    Oxunub:2435
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, 44 günlük müharibə özünü aldatmanın nəticəsi idi. AzVision.az xəbər verir ki, o, bu barədə Yerablur hərbi panteonunda jurnalistlərə müsahibəsində məlumat verib
- Yalanla yaşamağı dayandırın. Başımıza gələn fəlakət böyük bir özünü aldatmanın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə açıq danışmaq, heç nəyi gizlətməmək lazımdır, - Mirzoyan deyib.

Erməni "qaçqınlar" İrəvanda etiraz aksiyası keçiriblər- VİDEO
O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab vermək istəmir. Nazir müraciət edərək deyib ki, ona 1990-cı ildən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparılmasının, lakin bu barədə cəmiyyətin məlumatlandırılmamasının necə baş verdiyini izah etsinlər.

Jurnalistlərin "hərbçilərin ölümündə "günahkar" olan ölkələrlə necə danışıqlar aparmaq olar" sualına Mirzoyan cavab verib ki, müzakirə edilməli olan çoxlu məsələlər var.

- Təbii ki, keçilməz milli qırmızı xətlər var. Lakin təəssüf ki, biz qonşu ölkə ilə uzunmüddətli münaqişə yaşayan ilk və sonuncu dövlət deyilik. Biz uzunmüddətli və sabit sülhə sadiqik,- nazir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mirzoyan  





Xəbər lenti