Yunanıstan Ukraynaya əlavə hərbi texnika göndərməyib

   Yunanıstan Ukraynaya əlavə hərbi texnika göndərməyib
  18 Aprel 2022    Oxunub:606
Yunanıstan Ukraynaya fevralın 27-də baş nazir Kiriakos Mitsotakisin iqamətgahında keçirilən görüşdən sonra rəsmən elan edilənlərdən başqa heç bir hərbi texnika göndərməyib. AzVision.az xəbər verir ki, bu barədə brifinqdə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi İoannis İkonomu bildirib.
Nazirlər Kabinetinin nümayəndəsi Rusiya Ukraynada hərbi əməliyyata başlamazdan əvvəl də Yunanıstan Kiyevə silah göndərib sualına cavabında deyib: “Əlbəttə yox”.

Qeyd edək ki, K. Mitsotakis fevralın 27-də baş nazirin iqamətgahında baş tutan görüşdən sonra iki C-130 hərbi-nəqliyyat təyyarəsi ilə Ukrayna üçün Polşaya müdafiə avadanlığı göndərilməsi barədə göstəriş verib.

Yunanıstanın "Open" televiziya kanalı daha sonra xəbər verib ki, xüsusilə, 2013-cü ilin noyabrında Rodos adası yaxınlığında bir gəmidə müsadirə edilən 20 min Kalaşnikov avtomatı Ukraynaya göndərilib. 9 il əvvəl bu silahlar Ukrayna limanını tərk edərək Liviyaya gedən “Nur-M” gəmisindən götürülüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti