18 gündür itkin düşən tələbə qız sevdiyi ilə qaçıbmış - YENİLƏNİB

 18 gündür itkin düşən tələbə qız sevdiyi ilə qaçıbmış -  YENİLƏNİB
  19 Aprel 2022    Oxunub:1466
Bakı Mühəndislik Universitetinin itkin düşən tələbəsi Lamiyə Binnətova tapılıb. AzVision.az -ın modern.az-a istinadən məlumatına görə, tələbə qızın aprelin 1-də sevdiyi oğlanla qaçması məlum olub. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir. Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:
"Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir".

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

***

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb. AzVision.az -ın xəbərinə görə, Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb. Bakı Mühəndislik Universitetinin mətbuat xidmətindən bildirilib ki, Binnətova Lamiyə Nizami qızı Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi olub:

“Aprelin 1-də saat 16:50 radələrində müəllimdən icazə alaraq universitetdən çıxıb. Daha sonra dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Ailə Daxili İşlər Nazirliyinə məlumat verib”.

AzVision.az


Teqlər: Tələbə  





Xəbər lenti