Şuşa və Ağdama 5 minə yaxın sərnişin daşınıb

   Şuşa və Ağdama 5 minə yaxın sərnişin daşınıb
  19 Aprel 2022    Oxunub:243
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günə qədər 14 reys həyata keçirilib, 4 448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, sərnişinlərdən 3 049-u Şuşaya səfər edib. Onlardan 1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 1 399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.

AzVision.az

Teqlər:







Xəbər lenti