İranla sərhəddə 8 kq narkotik aşkarlanıb

İranla sərhəddə 8 kq narkotik aşkarlanıb
  19 Aprel 2022    Oxunub:253
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) AzVision.az -a verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.

Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram “marixuana”, 1 kiloqram “heroin”) bənzər maddələr və psixotrop tərkibli 780 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülüb. Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzVision.az

Teqlər:







Xəbər lenti