Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdilər

   Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdilər
  19 Aprel 2022    Oxunub:274
Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

O, mübadilə nəticəsində 76 ukraynalının azad olunduğunu deyib. Rusiya əsirliyindən xilas edilənlərdən 60 nəfəri hərbçi (10 zabit), 16 nəfər isə mülki vətəndaşdır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb. Ukrayna 700-dən çox rusiyalı hərbi qulluqçunun əsir götürüldüyünü açıqlayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti