ABŞ-da yaşayan azərbaycanlı alim vəfat edib

ABŞ-da yaşayan azərbaycanlı alim vəfat edib
  19 Aprel 2022    Oxunub:284
Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.
AMEA-dan AzVision.az -a verilən məlumata görə, alim 64 yaşında dünyasını dəyişib.

Bildirilib ki, H.Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib.

Həkim SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb.



AzVision.az

Teqlər:







Xəbər lenti