Arvadını öldürüb özünü asdı

   Arvadını öldürüb özünü asdı
  19 Aprel 2022    Oxunub:962
Qusarda 40 yaşlı kişi 38 yaşlı arvadını öldürüb, daha sonra intihar edib. AzVision.az xəbər verir ki, bu barədə Qusar Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu gün Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Xatırladaq ki, bu, son iki həftə ərzində baş vermiş 4-cü oxşar hadisədir. Belə ki, bundan əvvəl daha üç nəfər arvadını qətlə yetirib, daha sonra intihar edib.

AzVision.az



Teqlər:





Xəbər lenti