"Bu dəhşətli müharibəni dayandırın"

"Bu dəhşətli müharibəni dayandırın"
  19 Aprel 2022    Oxunub:298
"Rusiya ordusunun Ukraynada qələbəsinin qarşısını almaq laımdır". AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Qərb ölkələrinin liderləri ilə videokonfransdan sonra keçirilən mətbuat konfransında bildirib.
Danışıqlarda ABŞ, Polşa, Fransa, Rumıniya prezidentləri, Böyük Britaniyanın, Yaponiyanın, İtaliyanın baş nazirləri habelə Avropa Şurasının sədri Şarl Mişel, NATO-un Baş katibi Yens Stoltenberq və Avropa Komisiyasının prezidenti Ursula fon der Leyen iştirak edib.

“Aİ və NATO-dakı tərəfdaşlarımızla birlikdə Rusiyanın bu müharibədə qalib gəlməməsi fikrində tamamilə yekdilik”, - deyə Şolts bildirib. Kansler birbaşa Rusiya prezidenti Vladimir Putinə müraciət edib:

"Ukrayna şəhərlərinin atəşə tutulmasını dayandırın. İcazə verin, dərhal atəşkəs yaradaq. Bu dəhşətli müharibəni dayandırın".

Şolts Rusiyanın Ukraynadakı əməliyyatını "mənasız müharibə" və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.

AzVision.az

Teqlər:







Xəbər lenti