Turizm Agentliyində qanunsuzluq: 862 min ziyan ödətdirilib

   Turizm Agentliyində qanunsuzluq:    862 min ziyan ödətdirilib
  20 Aprel 2022    Oxunub:322
Hesablama Palatası Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditinin nəticələrini açıqlayıb.
AzVision.az -ın xəbərinə görə, Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, audit üzrə 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb. İstintaqın gedişində 862 min manat vurulmuş ziyan ödənilməsi təmin olunub.


AzVision.az

Teqlər: Turizm  







Xəbər lenti